Müsavatçıların Milli Şuradan getməsi və bu barədə partiyanın bəyanat yayması müttəfiqlər arasında ənənəvi söz savaşına yenidən start verdi. İlk əvvəl AXCP funksionerləri Müsavatı hakimiyyətlə gizli danışığa getməkdə, mandat xatirinə müxalifəti parçalamaqda ittiham etdilər. Qarşı tərəf isə bu ittihamları əsassız sayaraq, vaxtilə AXCP-nin, onun liderinin parlamentdə təmsil olunduğunu, iqtidarla əməkdaşlığa məhz cəbhəçilərin getdiyini bildirdi.Fəzail Ağamalı: "AXCP və Müsavat arasındakı gərgin mübarizə qrup mənafeyinə, ambisiyaların reallaşmasına xidmət edən çarpışmadır"