Çox vaxt həkimə getməyi, vaxtında müayinə olunmağı o qədər də vacib hal kimi qiymətləndirmirik. Amma sağlamlığımızdan ciddi şikayət edən kimi uz tutduğumuz yer xəstəxanalar olur. Elə xəstəliklər olur ki, insanlar vaxtında ona elə də ciddi bir xəstəlik kimi yanaşmır. Həkimlərin həyəcan təbilini qulaqardına vuranlar isə sonradan peşman olur. Sonrakı peşmançılığın faydası olmadığı kimi, sonrakı müalicənin də effekti elə də ürəkaçan olmur. Hər halda, xəstəlik varsa, onunla mübarizə yolları da var. İnsanlar səhlənkar olmadıqları müddətcə.Skolioza 6-7 yaşlı uşaqlarda da rast gəlinir