Ən yaxşı, etibarlı aviaşirkətlər seçildi - REYTİNQ

14 Yanvar 2014 13:48
Nüfuzlu Airlinerating.com saytı 2013-cü ildə fəaliyyətlərini araşdırdığı 248 aviaşirkət arasında ən etibarlı və ən təhlükəsiz, yaxşılarını seçib.


Milli.Az bildirir ki, "Ən yaxşı, etibarlı aviaşirkətlər" reytinqinə Avstraliyanın "Qantas" avişirkəti başçılıq edir.

İlk onluqda sonrakı yerlərdə "Air New Zealand", "All Nippon", "Cathay Pacific", "Eva Air", "Singapore Airlines", "Middle Eastern, "Emirates", "Etihad Airways" və "Royal Jordanian" var.


Hollandiyadakı "Aviation Safety Network" isə bəyan edib ki, 1945-ci ildən bəri 2013-cü il aviaqəzalarda ölümlərin ən az olduğu il olub.


Ötən il 29 aviaqəzada 269 nəfər həlak olub. Son 10 ildə isə hər il orta hesabla 32 aviaqəza yaşanıb, bu qəzalarda 719 nəfər həlak olub.


Milli.Az