14 uşaq anası porno ulduz imiş

14 Yanvar 2014 16:37
ABŞ-da 8 əkiz doğandan sonra məşhurlaşan Nadya Süleyman adlı qadın dələduzluqda ittiham edilir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, o, 14 uşaq saxladığına görə, həbs olunmayıb. Prokurorluq onun azadlıqda qalması üçün 25 min dollar girov tələb edəcək.

İttihamın əsas səbəbi isə sosial yardım almaq üçün təqdim etdiyi sənədlərdə 30 min dollarlıq qazancını gizlətməsidir. Prokurorluğun məlumatına görə, Süleyman həmin pulları porno filmlərə çəkilməkdən, erotik jurnallar üçün poza verməkdən və Floridadakı striptiz klublardakı çıxışlarından qazanıb.

Əgər günahı sübuta yetirilsə, 14 uşaq anası olan Nadyanı 6 il müddətinə həbs cəzası gözləyir.

Milli.Az