Mahnı mazata mindi, Rəqsanəyə qadağa qoydular

14 Yanvar 2014 12:53
Müğənni Rəqsanə İsmayılovanın ifa etdiyi "İnanımmı" mahnısının bəstəkarı Hikmət Aslan sənətçinin ünvanına sərt sözlər deyib

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, H.Aslan "Telemaqazin" verilişinə açıqlamasında Rəqsanəyə mahnılarını oxumasına qadağa qoyub:

"Rəqsanə mahnılarımı səsləndirərkən müəllifin adını çəkmir. "İnanımmı" mahnısında adım heç yerdə hallanmadı. Buna görə də kim istəyirsə, götürüb oxuyur. Hətta ermənilər də mahnını səsləndiriblər. Bəstəni Türkiyəyə də satıblar. Bunun üstünə heç vaxt düşmədim. Rəqsanə məndən icazəsiz bir çox mahnımı səsləndirib.

"Payız gəldi" mahnısında şairənin adını qeyd etməmişdi. O da bizi məhkəməyə verdi. Bunda günahkar özüməm. Çünki vaxtında qarşısını almadım. İndi ona qadağan edirəm. Bir daha bəstələrimi oxumasın. Deyir ki, mahnı yazıram. Gedib yazsın, özü də oxusun. Heç kimi bəyənmir. Adamı görəndə salam da vermir".

Xatırladaq ki, "İnanımmı" mahnısı bir neçə gün öncə Türkmənistan prezidenti Qurbanqulu Berdimuhəmmədovun bəstəni ifa etməsi ilə yenidən gündəmə gəlmişdi.

Milli.Az