Azərbaycanda nə ucuzlaşdı, nə bahalaşdı? - RƏSMİ AÇIQLAMA
14 Yanvar 2014 12:55
Dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri açıqlanıb
Dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri açıqlanıb.
Anspress-in Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, dekabr ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,6 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7 faiz bahalaşıb. Çoxillik bitkilərin istehsalçı qiymətləri isə 1,8 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 0,2 faiz, qoyun ətinin (diri çəkidə) 0,3 faiz, təbii balın istehsalçı qiymətləri 0,3 faiz ucuzlaşıb. Südün istehsalçı qiymətləri 1,1 faiz, quş ətinin (diri çəkidə) 0,3 faiz, yumurtanın istehsalçı qiymətləri isə 6,5 faiz bahalaşıb.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,6 faiz bahalaşma müşahidə olunub.