Futbolçular oyun zamanı polisləri döydülər

14 Yanvar 2014 13:12

Türkiyənin həvəskarlar liqasının Trabzonda keçirilən matçında ilginc hadisə baş verib. Fanat.az xəbər verir ki, "Erdoğduspor" - "Akçaabat Gençlik" matçının sonunda dava düşüb.

"Akçaabat Gençlik"in 2:1 hesablı qələbə qazandığı matçdan sonra "Erdoğduspor"lu futbolçularla polislər arasında gərginlik yaşanıb. Hakimə etiraz etmək istəyən oyunçuları asayiş keşikçiləri uzaqlaşdırmaq istəyib. Bu zaman onlar polisə sərt şəkildə qarşılıq veriblər. Futbolçulardan biri polisə təpik atıb, digərləri isə onlara yumruq zərbələri ilə hücum çəkib.

Təxminən 2 dəqiqə davam edən davanı baş məşqçi və klub rəhbərliyi güclə sakitləşdiriblər. Polis 5 futbolçunu həbs edib. İfadələri alınan oyunçular sərbəst buraxılıblar. Araşdırmalar davam edir.

Milli.Az