Qadın erkən doğduğu uşağını boğdu
14 Yanvar 2014 13:34
Başqırdıstanın Sterlitamak şəhərində yaşayan Azərbaycan vətəndaşı, 43 yaşlı Yelena Mehdiyeva 2013-cü ildə erkən doğum etmişdi. O, üçüncü övladını iş yerində, çalışdığı ticarət kioskunda dünyaya gətirmişdi. "Arzuolunmaz" uşaqdan qurtulmaq qərarına gələn Yelena Mehdiyeva dünyaya gətirdiyi qızını içində su olan vedrədə boğub, sonra körpənin cəsədini polietilen paketə qoyub və yaxınlıqdakı kolluğa atıb.
Polisdən verilən məlumata görə, ertəsi gün Y.Mehdiyeva şəhər doğum evinə yollanaraq əməlini etiraf edib.
Milli.Az Qornovosti-yə istinadən bildirir ki, Sterlitamak şəhər prokurorluğu cinayətlə bağlı istintaqı başa vurub.
Cinayət işi məhkəməyə göndərilib.
Milli.Az