Xəyanət gənc ailənin sütununu sındırdı. Xanımının xəyanətindən şübhələnən ər onu öldürmək üçün hər şey etdi, ancaq...
Sumqayıt şəhərində amansız cinayət törədilib. Səhərə yaxın avtomobil yolunda 29 yaşlı Cəmilə Muradova qan içərisində huşsuz vəziyyətdə tapılıb. Qadının küçənin ortasında bıçaqlanması xəbərini isə Sumqayıt Şəhər Prokurorluğuna gələrək "arvadımı öldürdüm" deyən şəhər sakini Fərəc Muradov deyib. Dərhal onun dediyi ünvana gələn polis və prokurorluq əməkdaşları Cəmiləni həmin yerdə tapıblar. Xoşbəxtlikdən, qadın yaralı olub.
Xəstəxanaya çatdırılan qadının bədənində həkimlər 7 bıçaq zərbəsi aşkarlayıblar. Prokurorluğa təslim olan F.Muradov deyib ki, gecələr növbədə olan zaman arvadı Cəmilənin ona xəyanət etməsindən şübhələnib və onu güdməyə başlayıb. Hadisə baş verən gün Cəmiləni izləyib. Onun evdən çıxıb getdiyini görən Fərəc arxasınca gedərək küçədə ondan hara getməsini soruşub. Qadının şübhəli cavablarından hər şeyi anlayan Fərəc onun sinəsinə çoxsaylı bıçaq zərbələri vurub.
Hazırda Sumqayıt Şəhər Prokurorluğunda qəsdən adam öldürməyə cəhd (29,120.1-ci) maddəsi ilə cinayət işi başlanıb. Anar Məmmədov Milli.Az