Bakıda kişi meyiti tapıldı

14 Yanvar 2014 12:19

Bakıda naməlum kişi meyiti tapılıb

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, meyit rayonun Məhəmməd Hadi küçəsi, ev 63-ün qarşısında aşkarlanıb.

Həmin ünvanda 25-30 yaşlarında kişi meyitinin tapılması barədə polisə məlumat daxil olub. Meyitə ilkin baxış zamanı üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az