BlackBerry iPhone-u məhkəməyə verdi

14 Yanvar 2014 15:35

Kanadanın BlackBerry şirkəti iPhone smartfonlarının istehsalçısı olan Apple (ABŞ) korporasiyasını intellektual mülkiyyət oğurluğunda suçlayaraq məhkəməyə müraciət edib.


Milli.Az Gizmodo-ya istinadən bildirir ki, kanadalıların iddialarına görə, ötən ayın əvvəllərində Typo şirkətinin iPhone üçün satışa çıxardığı klaviatura BlackBerry Q10-dakı QWERTY klaviaturasının tam təkrarıdır.


"Typo" klaviaturası 99 dollardan satılır. İstehsalçının dediyinə görə, bu klaviatura iPhone-da yazma sürətini minimum 50 faiz artırır.


Milli.Az