Azərbaycanda silah alverçisi tutulub

14 Yanvar 2014 13:44

Şamaxı rayon sakini "AKMS" markalı avtomat silahı satarkən tutulub

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakini Namiq Əmirov tutulub.

N.Əmirov "AKMS" markalı avtomat silahı satarkən yaxalanıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az