Frənk Riberi "Qızıl Top" mərasimində Kriştianu Ronaldu ilə mübarizə apararkən onun komanda yoldaşları Küveytdə yerli komandanı darmadağın ediblər.
Milli.Az-ın məlumatına görə, "Al Küveyt" klubu ilə "Bavariya" yoldaşlıq oyunu keçirib. Alman klubu yoldaşlıq oyununa baxmayaraq rəqibinə acımayıb. İlk hissədə münhenlilərin 1 qol vurmalarına baxmayaraq 2-ci hissədə 7 qol vurublar.
Al Kuveyt 0 - 8 Bavariya
Qollar: Pizarro 31, Qrin 48, Getze 58, 84, Müller 62, 65, Alkantara 83, 90
Tuncay Türbəndəzadə
Milli.Az