İran və Polşa arasında görüş olacaq
14 Yanvar 2014 13:20
Polşanın xarici işlər naziri Radoslav Sikorski mart ayında Tehrana səfər edəcək
Bunu Polşanın Tehrandakı müvəqqəti işlər vəkili Piotr Kozolovski deyib.
Trend
-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.
Kozolovski bildirib ki, polşalı nazir iranlı həmkarı Məhəmməd Cavad Zərif və digər İran rəsmiləri ilə görüşlər keçirəcək.
Onun sözlərinə görə, səfər zamanı iki ölkə arasında xüsusi ilə iqtisadi və ticari əlaqələrin inkişafı müzakirə olunacaq.
Milli.Az