Hitlerin əsəri bestseller oldu
14 Yanvar 2014 16:27
Hitlerin "Mayn Kampf" əsəri Amazon elektron kitab mağazasında 100 min nüsxə satılıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, İngiltərədə həmin kitab "Təbliğat və siyasi psixologiya" kateqoriyasında ən çox satılan olub.
Ekspertlər hesab edirlər ki, Hitlerin kitabının populyarlığı müasir texnologiyalarla bağlıdır. İnsanlar başqalarından gizlədərək öz planşetlərində həmin kitabı oxuya bilirlər.
"Çox güman ki, insanlar həmin kitabı öz rəflərinə qoymaq ya da metroda hamının gözü önündə oxumaq istəmirlər", - jurnalist Kris Faraone deyib.
Anoloji vəziyyət "Bozun 50 çaları" kitabının satışı zamanı da yaranmışdı. Həmin kitabı oxuyanlar da bunu elan etmək istəmirdilər.
Milli.Az