Jirinovskidən intim qadağa
14 Yanvar 2014 14:18
Rusiyanın qalmaqallı siyasətçisi, Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jirinovski partiya üzvləri üçün intim həyat qaydaları tərtib edib.
Milli.Az-ın məlumatına görə, Jirinovskinin tərəfdarları il ərzində 3-4 dəfədən çox intim əlaqədə olmamalıdırlar. Jirinovski hesab edir ki, insanlar pornofilmlərin təsiri altında daha çox intim münasibətlərdə olmağa can atırlar. Ancaq bu münasibətlər nə qədər az olsa, bir o qədər yaxşıdır. O sağlam həyat qaydaları haqqında danışarkən deyib ki, alkoqol içməmək, siqaret çəkməmək, yalnız bitki mənşəli qidalar qəbul etmək və artıq cinsi münasibətlərdən çəkinmək sağlam həyatın əsasıdır.
Milli.Az