Rusiyada dəhşətli yanğın: 5 nəfər öldü

14 Yanvar 2014 12:07

Rusiyanın Çelyabinsk vilayətində fərdi evdə baş vermiş yanğın nəticəsində 5 nəfər ölüb

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Arqayaş rayonunun Peredovik qəsəbəsində baş verib.

Yanğınsöndürənlər həmin evdən 5 nəfərin yanmış cəsədini çıxarıblar.

Hazırda hadisənin bütün təfərrüatları araşdırılır. Yanvarın 13-də yanğın baş vermiş evdə 11 nəfərin köhnə Yeni ili qeyd etmək üçün yığışdığı üzə çıxıb.

Milli.Az