Türkiyənin Balıkesir şəhərində polis zabiği E.Ç. hələlik səbəbi bilinməyən münaqişə zəminində arvadını, 42 yaşlı Pervil Ç.-ni tapançadan açdığı atəşlə başından vurub.
Milli.Az AHT-yə istinadən bildirir ki, olay dünən yerli vaxtla saat 19 radələrində, Pervil Ç.-nin tibb bacısı işlədiyi Balıkesir Dövlət Xəstəxanasının reanimasiya bölməsində baş verib.
Kepsut rayon polis şöbəsində xidmət edən polis zabiti E.Ç. 23 ildən bəri nikahda olduğu arvadı Pervil Ç.nin yanına gəlmişdi. Burada onların söhbəti mübahisəyə, sonra davaya çevrilib. Belindəki tapançanı çıxaran E.Ç. arvadına iki dəfə atəş açıb. Başından ağır yaralanan Pervil Ç. yerə sərili qalıb.
Bir oğul, bir qız anası olan Pervil xanım dərhal cərrahiyyə şöbəsinə aparılıb və əməliyyat olunub. Onun vəziyyəti kritikdir.
Onun əri, polis zabiti E.Ç. həbs olunub.
Milli.Az