4 aylıq hamilə qadına 10 bıçaq zərbəsi

14 Yanvar 2014 12:39

Türkiyənin Şanlıurfa şəhərinin sakini, 37 yaşlı Übeyid A. hələlik səbəbi bilinməyən münaqişə zəminində 33 yaşlı xanımı Zehra A.-ya 10 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Mərhumə hamiləliyin 4-cü ayında idi.


Qadın aparıldığı xəstəxanada keçinib, Übeyid A. isə həbs olunub.


Milli.Az DHA-ya istinadən bildirir ki, Übeyid dava etdiyi hamilə arvadını bıçaqlayandan sonra təcili yardıma zəng vuraraq kömək istəyib.

Polisdən verilən məlumata görə, ər arvadını mətbəxdən götürdüyü çörək bıçağı ilə qətlə yetirib.

Milli.Az