Azərbaycanlı müğənni şou əhlini mükafatlandırdı - FOTO
14 Yanvar 2014 10:52
Son vaxtlar adı qalmaqallarda hallanan Natavan Həbibi şou əhlini mükafatlandırıb
Milli.Az-ın qafqazinfo-ya istinadən məlumatına görə, müğənni tanınmış restoranların birində sənət dostlarını başına toplayaraq onlara "21-ci əsrin Həbibi" mükafatını təqdim edib.
Gecədə Hacı Nazim, Emil Bədəlov, Xatirə İslam, Elton, Xuraman Şuşalı, Səidə Sultan, rəqqasə Oksana Rəsulova, Azəri qızı Günel və qardaşı Tunar iştirak ediblər. Milli.Az