Koreyanın diktatoru bacısına vəzifə verdi

14 Yanvar 2014 11:02

Şimali Koreyanın prezidenti Kim Çen Inın kiçik bacısı bundan sonra edam olunmuş dayısının vəzifəsini yerinə yetirəcək

Şimali Koreyanın prezidenti Ki Çen In bacısı Kim E Cona vəzifə verib.

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreya qəzeti "Çason ilbo" xəbər yayıb.

Məlumata görə, Kim Çen In kiçik bacısını edam etdirdiyi dayısının yerinə təyin edib.

Kim E Con Əmək partiyasının 54-cü şöbəsinin başçısı vəzifəsini daşıyacaq və Əmək partiyasının maliyyə məsələlərinə cavabdeh olacaq. O, "Teson" və "Birlik və inkişaf" bankını, turizm, dəmiryol və digər layihələri idarə etməyə başlayıb.

Milli.Az