Məşhur aparıcı verilişə başlayan kimi ağlayıb.
Milli.Az AHT-yə istinadən bildirir ki, ötən həftənin cümə günü özünü qəflətən pis hiss edən Esra Erol 15 həftəlik uşağını itirmişdi. Qızını dünyaya gətirməyə hazırlaşan E.Erol sarsılıb və ekranlara ağlayaraq dönüb.
O, həmişəkindən fərqli olaraq proqrama şən, oynayaraq, mahnı oxuyaraq başlamayıb.
Ağlayaraq danışan Esra Erol deyib: "Rəbbim bəzi şeyləri nəsib etdi, gerçəkləşdirdi. Allah xeyirli, daha gözəl xəbərləri paylaşmağı nəsib etsin" söyləyən Esra Erolun gözləri dolub. O, boğuq səslə davam edib:
"Çox çətindir. Mənim dərdim onlarla böyük dərdin yanında heç nədir. Bunun çözümü sadəcə, məndədir, rəbbimlə mənim aramdakı təmaslardadır. Normal vəziyyətə mümkün qədər tez qayıtmağa çalışdım. Qəmgin, hüznlü insanların dəstəyi bir başqadır. Güclüyəm, deyiləm - bilmirəm. Amma güclü olmaq roldursa, həmin rol mənə yaraşır. Normal vəziyyətə qayıdacağam".
4 aylıq övladını itirən məşhur aparıcının proqramda dikbadan ayaqqabı geyindiyi üçün belə bir sonucla qarşılaşdığı iddia olunur. Esra Erol iddialara qətiyyətlə etiraz edib.
"Dikdaban ayaqqabı geyindiyim üçün uşağımı itirdiyimi deyənlər var. İlk hamiləliyimdə Kappadokiyada hava şarları ilə səmanı dolaşmış adamam. Rəbbim nə nəsib etmişsə, o da olmalıdır. Onun qarşısını almaq olmaz. Bəlkə də mən çox istədiyim üçün..." - bu sözlərdən sonra Esra Erolun gözləri yenə yaşla dolub.
Bir müddət sonra sakitləşməyə çalışan teleaparıcı deyib: "Allah dərmansız dərd verməsin. Allah qarşımıza xeyirli işlər çıxarsın..."
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.