Bəşər Əsəd 3 ay sonra ortaya çıxdı - FOTO

14 Yanvar 2014 15:40

Əsəd Dəməşqdəki Əl-Hamad məscidində keçirilən əhya gecəsində ictimaiyyətin önünə çıxıb

Bəşər Əsəd təxminən üç ay sonra Dəməşqdəki Əl-Hamad məscidində keçirilən əhya gecəsində ictimaiyyətin önünə çıxıb.

Milli.Az xəbər verir ki, anspress-in Türkiyə mediasına istinadən məlumatına görə, Əsəd son olaraq Qurban bayramında Dəməşqdəki bir məsciddə yüzlərlə adamla birlikdə bayram namazı qılarkən görüntülənmişdi.

Qeyd edək ki, dünən axşam Əsədin yanında səf tutanlar arasında Suriyanın baş müftüsü Əhməd Bədrəddin Hassun və Suriyanın Baş naziri Vael əl-Xalqi də olub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.