Sezen Aksunun qara günləri

14 Yanvar 2014 10:07

Xəstə anasına baxan Sezen Aksu sənətinə vaxt ayıra bilmir

Türkiyənin tanınmış müğənnisi Sezen Aksu çətin günlər yaşayır.

Yeni albomu üçün işlərini tamamlasa da, "Minik Sərçə"nin pərəstişkarlarını intizarda qoyma səbəbi aydın olub.

Anspress-in Türkiyə mediasına istinadən məlumatına görə, Sezen Aksu 90 yaşlı anası Şehriban xanımın xəstəliyi üzündən sənətinə vaxt ayıra bilmir.

Bir müddətdir ki, İzmir ilə İstanbul arasında gedib-gələn Sezen Aksu qardaşı Nihat Yıldırım ilə növbələşərək analarına baxırlar.

Milli.Az