Suriyada hər 12 dəqiqədə 1 nəfər ölür

14 Yanvar 2014 15:57

2013-cü ildə Suriyada 4 344 günahsız uşaq öldürülüb

Suriyada davam edən vətəndaş müharibəsində hər 12 dəqiqədə 1 nəfər ölür.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu barədə "Suriya Müxalif və İnqlabçı Qüvvələr Milli Koalisiyası"nın hesabatında bildirilib.

Məlumata görə, qurumun hazırladığı "Suriyada ölümlərin hesabatı" adlı sənəddə tükürpədən rəqəmlər açıqlanıb.

Hesabatda, hər 12 dəqiqədə 1 nəfərin şəhid olduğu, hər 10 saatda 1 nəfərin həbsxanalarda məruz qaldığı işgəncələr səbəbindən öldüyü, hər 10 saatda 1 nəfərin aclıqdan öldüyü, hər 8.5 saatda 1 nəfərin soyuqdan donaraq öldüyü açıqlanıb.

Suriya İnsan Hüquqları Təşkilatının hesabatına görə, ölkədə 3 ildir davam edən müharibədə təkcə ötən il 41 500 nəfər mülki əhali Bəşər rejimi əsgərləri tərəfindən öldürülüb. Onlardan 609 nəfərini işgəncə ilə öldürülənlər, 4 344 nəfərini uşaqlar, 2 921 nəfərini isə qadınlar təşkil edir.

Milli.Az