6 yaşlı qıza ana işgəncəsi

14 Yanvar 2014 12:51
Yaponiyada 6 yaşlı qızını "tərbiyə etmək" məqsədilə soyunlduran və soyuq eyvanda kilidləyən ana həbs olunub.


Milli.Az Sankei Shimbun-a istinadən bildirir ki, Honsyunun Aiçi prefekturasında yaşayan, adı açıqlanmayan 35 yaşlı işsiz ana 6 yaşlı qızını soyundurub, uşağın əllərini bantla bağlayandan sonra soyuq eyvana aparıb və qapını arxadan bağlayıb.


Çılpaq uşaq 3 saat sərasər buz kimi soyuq havada qalıb.


Ana isə böyük qızını da götürərək evi tərk etmişdi.


6 yaşlı uşağı eyvanda soyuqdan göyərmiş vəziyyətdə görən qonşular zavallı qızı xəstəxanaya aparıblar.


Polisin saxladığı ana isə "qızımı tərbiyələndirmək üçün belə etdim" deyib.


Milli.Az