Bakıda gənc qız yoxa çıxıb

14 Yanvar 2014 09:33
Bakı şəhərində gənc qız yoxa çıxıb. Yasamal rayonu, Qarayev küçəsi ev 106-da yaşayan 18 yaşlı Cahan Əliyeva evdən çıxıb və bir daha geri qayıtmayıb. İki gündür ondan xəbər yoxdur. Onun ailə üzvləri məsələ ilə bağlı Yasamal Rayon Polis İdarəsinə məlumat veriblər.

İdarədən Milli.Az-a bildirildi ki, C.Əliyevanın tapılması istiqamətində iş aparılır.

Gülər
Milli.Az