ABŞ-da kinoteatrda atışma: yaralılar var

14 Yanvar 2014 09:36

Yaralanmış kişi və qadın hospitala çatdırılıb

Amerikanın Florida ştatının Uesli-Çepel şəhərində kinoteatrda baş vermiş atışma nəticəsində iki nəfər yaralanıb.

Anspress "TBO" portalına istinadən bildirir ki, bu barədə yerli polis məlumat yayıb.

Yaralanmış kişi və qadın hospitala çatdırılıb. Polis ehtimal edilən cinayətkarı yaxaladığını bildirib.

Milli.Az