Televizor olmayanda nə edirsiniz? - MÜZAKİRƏ

14 Yanvar 2014 09:39
Bu günlərdə Bakıda fəaliyyət göstərən kabel televiziyası operatorlarının birinin sayəsində paytaxt sakinlərinin əksəriyyəti televizorsuz qaldı. Nasazlığın gecə baş verməsinə baxmayaraq, səhər artıq bütün sosial şəbəkələrdə televiziya yayımının dayanması müzakirə olunurdu. Televiziya tamaşaçıları arasında ajiotaj da yarandı. İnsanlar sevimli verilişlərinə baxa bilməyəcəklərindən narahat oldular.

Baş verən hadisə belə bur sual ortaya çıxardı: Televizorsuz yaşamaq olarmı?

Milli.Az xəbər verir ki, Day.Az saytı belə bir sualla əməkdar artist Tahir İmanova müraciət edib.

"Düşünürəm ki, paytaxt sakinləri bir müddət nəinki televizorsuz, həmçinin İnternetsiz də keçinə bilərlər. Bütün bunları mətbəx söhbətləri ilə əvəzləmək olar. Bizdə müəyyən kateqoriya insanlar var ki, televizor onlara ümumiyyətlə lazım deyil. Hər ehtimala qarşı yerli telekanallar. Onlar yaxşı bilirlər ki, kim harada yaşayır, kim kimlə evlidir, kim hansı salona gedir, kimin neçə cangüdəni var. Belə adamların sayəsində biz adi insanlar da hadisələrdən xəbər tuturuq", - o əlavə edib.

Bəs siz necə düşünürsünüz, əziz oxucular?

Milli.Az