Hadisə Səudiyyənin qərbində yerləşən Əl-Avamiyyə şəhərində baş verib
Naməlum adamlar Səudiyyə Ərəbistanında alman diplomatların avtmobilini atəşə tutublar.
Anspress "Reuters"ə istinadən bildirir ki, diplomatlar zərər çəkməyiblər.
Bu barədə yerli KİV-lər məlumat yayıb. Hadisə ölkənin qərbində yerləşən Əl-Avamiyyə şəhərində baş verib. Agentliyin məlumatına görə, onların avtomobili yansa da, içərisindəki iki diplomat zərər çəkməyib.