"Altes Qrup" şirkətinin keçmiş vitse-prezidenti Polad Qabulov ona qarşı qaldırılan ittihamlara cavab verdi. Polad Qabulovun sözlərinə görə, 2011-ci ildə şirkətin prezidenti Rüstəm Abdullayev digər payçıların razılığı olmadan London şəhərində birjaya pul qoyub və uduzub. Daha sonra həmin itirilən məbləği şirkətin xərcləri kimi göstərməyi təklif edib. Ancaq ortaqlar buna razı olmayıblar. Həmin vaxtdan etibarən Rüstəm Abdullayevlə digər payçılar arasında mübahisələr yaranıb."Bizdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı var"
