Paytaxtda ictimai nəqliyyatda gediş haqqlarının kartlarla ödənişi sisteminin tətbiqinə başlanılıb. Bundan sonra sərnişinlər avtobus və taksilərdə gediş haqlarını vahid kartlar vasitəsi ilə ödəyə biləcəklər. Hələlik kart sistemi 2 marşrut avtobusunda tətbiq olunub. Bunlar 10 və 95 saylı avtobuslardır. Fevralın sonuna kimi isə kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən 650 avtobusda tətbiq olunacaq. Bu avtobuslarda hətta yeni kartlarla ödəmə ilə bağlı xəbərdarlıq yazıları da yerləşdirilib.Hələlik kart sistemi 2 marşrut avtobusunda tətbiq olunub
