Dünyaca məşhur müğənni yenə rekord qırdı
14 Yanvar 2014 11:41
Keti Perri "Prism" albomu ilə üçüncü dəfə bir milyonluq satış həddini keçməyə nail olub
Keti Perri
uzun fasilədən sonra çıxardığı albom ilə satış rekordu qırıb.
Gənc müğənni "Prism" albomu ilə üçüncü dəfə bir milyonluq satış həddini keçməyi bacarıb.
Anspress-in Türkiyə mediasına istinadən məlumatına görə, noyabr ayında satışa çıxarılan "Prism" albomunun bir milyondan çox surəti satılıb.
Qeyd edək ki, 29 yaşlı müğənninin bir il əvvəl çıxardığı "Teenage Dream" albomu 22 həftəyə bir milyonluq satış rəqəmini keçmişdi.
Milli.Az