Türkiyənin bir şəhərində ard-arda iki qəza: 30 yaralı
14 Yanvar 2014 09:46
İçərisində 29 nəfər sərnişin olan avtobus "TIR" yük maşını ilə toqquşub
Türkiyədə 30 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-qəza hadisəsi baş verib.
Anspress-in Türkiyə mediasına istinadən məlumatına görə, dəhşətli qəza Türkiyənin Uşak şəhərində yerli vaxtla saat 04 radələrində yaşanıb.
İçərisində 29 nəfər sərnişin olan avtobusun "TIR" yük maşını ilə toqquşması nəticəsində 25 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Başqa bir hadisə isə yenə Uşak şəhərində "TIR" yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində baş verib. Qəzada 5 nəfər yaralanıb.
Yaralılar hadisə yerinə gələn ambulanslarla Uşak dövlət xəstəxanasına çatdırılıblar.
Milli.Az