Gün var, əsrə bərabər: Ötənləri yada salaq

14 Yanvar 2014 09:23

Şimali Kipr Türk Respublikasının qurucusu və prezidenti Rauf Denktaşın vəfatından 2 il ötür

Milli.Az anspress-ə istinadən yanvarın 14-də tarixdə baş vermiş mühüm hadisələrə nəzər salır.

Miladi: 14 yanvar 2014
Hicri: 13 rəbiul-əvvəl 1435

İlin 14-cü günü
İlin sonuna 351 gün qalır

Bu günün namaz vaxtları

Fəcr - 06.47
Günəş - 08.02
Zöhr - 12.53
Əsr - 15.39
Məğrib - 17.51
İşa - 19.12

1539 - Kuba İspaniyanın müstəmləkəsinə çevrilmişdir.

1897 - İsveçrəli Mattias Zurbriggen Aconcagua zirvəsinə çixan ilk insan olmuşdur.

1907 - Yamaykada baş verən zəlzələ nəticəsində mindən artıq insan ölmüşdür.

1911 - Azərbaycan SSR EA (1962-1967) prezidenti Zahid Xəlilov anadan olub.

1923 - Azərbaycanın xalq artisi, kinorejissor, teatr xadimi Tofiq Kazımov anadan olub.

1944 - türk şair Məmməd Əmin Yurdaqul vəfat edib.

1952 - şair Almas İldırım vəfat edib.

1953 - İosip Broz Tito Yuqoslaviya parlamenti tərəfindən prezident seçilmişdir.

1973 - Avtoyarışçı Cankarlo Fizikella anadan olub.

1982 - İspan futbolçu Viktor Valdes anadan olub.

1992 - Azərbaycan Respublikası Türkiyə ilə diplomatik əlaqələr qurmuşdur.

1994 - Bill Klinton ilə Boris Yeltsin nüvə silahlarının hər hansı bir ölkəyə hədəflənməsinə son qoyulması və Ukraynanın nüvə silah arsenalının yox edilməsi üzərində razılığa gəldilər.

2000 - Birləşmiş Millətlər Təşkilatının məhkəməsi, beş bosniyalı xorvatı 1993-ci ildə bir Bosniya kəndində ən azı 103 müsəlmanın qətlində ittiham edərək onları 25 ilə həbsə məhkum etdi.

2012 - Şimali Kipr Türk Respublikasının (KKTC) qurucusu və prezidenti Rauf Denktaş vəfat edib.

Milli.Az