Gəncədə məktəbin həyətində avtomobil yanıb

14 Yanvar 2014 09:05
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhəri Tağı Arani küçəsində yerləşən 46 saylı tam orta məktəbin həyətində yanğın hadisəsi baş verib. Alov məktəbin daxilində mövcud olan, Murad İsmayılova məxsus qarajdan başlayıb. Bu zaman orada saxlanılan Cavid İsmayılova məxsus "Opel Vectra" markalı avtomobil yanaraq yararsız hala düşüb. Hadisə yerinə 3 yanğınsöndürmə briqadası cəlb olunub. Qabaqlayıcı tədbirlər nəticəsində alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Milli.Az