Milli.Az Daily Mail-ə istinadən bildirir ki, polisdən verilən məlumata görə, şahmat oyununda yaranmış mübahisə sonradan davaya çevrilib və 34 yaşlı italyan Saverio Bellante ev sahibini, 39 yaşlı Tom O-Qormanı xüsusi amansızlıqla qətlə yetirib. Məhkəmənin qərarına görə, S.Bellante pullu zaminə buraxıla bilməz. Onun anlaqlı olub-olmadığını yoxlamaq üçün psixiatrik ekspertiza təyin edilib.
İmpulsiv italyan "qrossmeyster"in qətlə yetirdiyi O-Qormanın vücudunda çoxsaylı bıçaq yaraları vardı. Baş və sinə nahiyəsində yaralar daha çox idi.
Cəsədin ağciyərlərindən biri yox idi.
Saverio Bellantenin dediyinə görə, qurbanına onlarla bıçaq zərbəsi vurandan sonra onun ürəyini çıxararaq yemək istəyib.
Dublin polisindən verilən məlumata görə, bu olay İrlandiya tarixində ən ağır cinayətlərdən biridir.
Milli.Az









