Azərbaycanda məktəb direktorunu maşınla vurub aradan çıxdılar - YENİLƏNİB

14 Yanvar 2014 09:07
14.10.2014
09:07


Avtomobil zərbəsinə tuş gələn məkəb direktoru dünyasını dəyişib.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, dünən axşam saatlarında naməlum avtomobil tərəfindən vurulan Goranboy rayonunun Azad kənd orta məktəbinin direktoru, 50 yaşlı Salman Abbasov xəstəxanada dünyasını dəyişib. Onun ölümünə səbəb olan avtomobil isə hələlik müəyyən edilməyib. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

----------------
13.10.2014
20:27

Bakı-Qazax magistralında piyadanı maşın vurub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 19:00 radələrində Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Azad kəndi ərazisindən keçən hissəsində baş verib.

Magistral yolu keçmək istəyən, Goranboy rayonun Azad kənd sakini, kənd orta məktəbin direktoru, 1954-cü il təvəllüdlü Salman Abbasovu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. S.Abbasov ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Hadisə yerindən qaçan sürücün tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Milli.Az