Dünyanın ən populyar videoservisi YouTube-a girişlə bağlı Türkiyədə ciddi əngəllər yaranıb.
UyduNet, KabloNet və TürkNet kimi üç ən böyük provayderin abunəçiləri YouTube saytına daxil ola bilmirlər.
Milli.Az AHT-yə istinadən bildirir ki, problemlər Türkiyədə az sonra qüvvəyə minəcək TORBA qanunu ilə bağlıdır.
Türkiyə Böyük Millət Məclisində müzakirə olunmuş TORBA qanun layihəsi internetlə bağlı tənzimləmələri nəzərdə tutur.
YouTube ilə bağlı məhdudiyyətləri Türkiyədəki sosial şəbəkə istifadəçiləri "internet yasağı" kimi dəyərləndiriblər.
UyduNet və TürkNet isə yasağın olmadığını, YouTube-a girişlə bağlı problemlərin yaşanmadığını bildirirlər.
Milli.Az