"Qızıl top"un sahibi bəlli oldu - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA
14 Yanvar 2014 00:07
13.01.2014
23:11
Milli.Az FİFA-ya istinadən bildirir ki, Kriştianu Ronaldu çıxışında dedi: "İlk növbədə klub yoldaşlarıma, millidəki oyunçularımıza təşəkkür edirəm. Onların köməyi olmadan bu, mümkün olmazdı. Xanımım, dostlarım, oğlum... Həddən artıq emosional andır. Onu deyə bilərəm ki, bu işdə payı olan hər kəsə təşəkkür edirəm".
----------
23:07
Ronaldu hələ də göz yaşlarını silərkən FİFA rəsmisi mərasimi bağlı elan edir: "Braziliyada görüşənədək!"
---------
23:05
Portuqaliya millisinin və "Real Madrid"in ulduzu nitqi zamanı göz yaşlarını saxlaya bilmir. Kamera CR7-nin zalda oturan anasını göstərir. O da ağlayır.
---------
23:02
Mişel Platini və Pele səhnədədirlər. Onlar qalibin adını elan edirlər. Qalib Kriştianu Ronaldudur. O səhnəyə oğlu ilə çıxır.
---------
23:01
"İlin ən yaxşı oyunçusu" adına namizədlərə son baxış.
---------
22:57
Dünyanın ən yaxşı qadın futbolçusu Nadin Angererdir.
----------
22:55
Dünyanın ən yaxşı qadın futbolçusu seçilir.
----------
22:48
FİFA-nın xüsusi Şərəf mükafatını (FIFA Ballon d'Or Prix d'Honneur) Zepp Blatter Edson Arrantes du Nasimentuya(Pele) təqdim edir. Onu hər kəs ayaq üstə alqışlayır.
"Ailəmə söz vermişdim ki, ağlamayacam. İlk növbədə Allaha minnətdaram ki, oynamaq üçün mənə belə sağlamlıq bəxş elədi. Əlbəttə, tək oynamırdım. Mənim dostlarımı, oyunçuları insanlar yaxşı xatırlayırlar. Amma ayaqqabı təmizləyən, masaj edən oğlanları da unutmayaq - mənim tərəfimdə çox yaxşı insanlar vardı. Mən bu mükafatı onlarla bölüşməliym.
O qədər mükafat almışam ki... Ancaq qısqanırdım. Avropada oynayan oğlanlar "Qızıl top" alırdılar, mən isə ala bilmirdim, çünki Avropada oynamırdım. İndi Tanrıya təşəkkür edirəm, evdə mükafatlarımın siyahısı tamamlandı", - Pele təəssüratlarını zaldakılarla göz yaşı içində bölüşdü.
----------
22:42
"İlin ən yaxşı futbolçusu" adına sonuncu namizəd təqdim olunur: Frənk Riberi.
---------
22:41
Puşkaş mükafatının qalibi Zlatan İbrahimoviçdir.
"Bu axşam burada olmağımdan xoşbəxtəm. Digər namizədləri də təbrik edirəm Ən böyük mükafatın namizədlərinə də uğurlar olsun. Səs verənlərə təşəkkür edirəm", - Zlatan deyir.
---------
22:39
3 ən gözəl qolun sahibi təqdim olunur: Zlatan İbrahimoviç, Nemanya Matiç, Neymar da Silva.
---------
22:35
FİFA feyr-pley mükafatını Əfqanıstan Futbol Federasiyası qazanır.
---------
22:34
Feyr-pley namizədlərini Tokyo Seksveyl və Şahzadə Əli bin Hüsseyn təqdim edirlər.
---------
22:31
Rud Qullit elan etdi ki, Puşkaş mükafatının namizədlərinə səsvermə bitdi.
---------
22:24
Pele səhnəyə dəvət olunur. Amarildo və Kafu da onu tək qoymurlar.
"Hesab edirəm ki, hər dünya çempionatında qalibiyyət bir başqadır. İlk dəfə dünya çempionatını 17 yaşımda qazandım. Bu arzum idi. Ən vacib il isə 1970-ci il oldu. Mənim son dünya çempionatım. Fikirləşdim ki, uduza bilmərik və biz qələbə qazandıq", - Pele deyir.
"Böyük bir futbol dünyasını öz ölkəmizdə salamlamağa ümidliyik. Bu, Braziliya üçün çox vacib olacaq. Fantastik hal olacaq.
Braziliya millisi bu çempionatı qazanmaq üçün hər şey etməyə çalışacaq. Güman edirəm ki, çempionatın sonuncu günü də orada olacağıq", - Amarildo dedi.
Kafu: "Bütün gözlər Braziliya millisinin kapitanının üzərində olur. 2002-ci ildəki qalibiyyətimiz yadımdadır, o zaman hər xırdalığı nəzərə alaraq hazırlaşmışdıq".
--------
22:21
Əfsanəvi Pelenin və Braziliya millisinin uğurlarının görüntüləri ekranı bəzəyir.
--------
22:16
Musiqi fasiləsi: Mark Suey qonaqların gərgin gözləntilərinə su səpir.
---------
22:14
"İlin ən yaxşı futbolçusu" adına namizədlər təqdim olunur. Növbə Lionel Messinindir.
Uğurlarını əks etdirən videonun üzərinə səsi yazılmış Messi deyir: "Hər oyundan əvvəl rəqibi öyrənirəm. Etdiklərim xoşuma gəlir. Hər dəfə qələbəyə oynayıram".
---------
22:11
Qalib Yupp Haynkesdir.
---------
22:10
Ən yaxşı kişi baş məşqçi adına namizədlər təqdim olunurlar: ser Aleks Fergüson, Yupp Haynkes, Yurgen Klopp
---------
22:08
İngiltərə millisinin baş məşqçisi Roy Hocson mükafatı Silviya Neid-ə təqdim edir.
---------
22:07
Ən yaxşı qadın baş məşqçi adına namizədlər təqdim olunurlar: Ralf Kallermann, Silviya Neid, Pia Sundage
----------
22:04
"İlin ən yaxşı futbolçusu" adına namizədlər təqdim olunur. İlk Kriştianu Ronaldudur.
Uğurlarını əks etdirən videonun üzərinə səsi yazılmış Ronaldu deyir: "Əməksevərəm, özümü 100 faiz peşəmə həsr edirəm. Əgər bu mükafatı qazansam, dünyanı qazanmış olacam".
---------
22:02
Portuqaliyanın futbol əfsanəsi Eysebionun xatirəsi anılır.
---------
21:56
Adriana Lima, Ronaldo Luis Nazario və Neymar da Silva səhnədədirlər. Braziliyada keçiriləcək dünya çempionatı barədə fikirlərini bölüşürlər.
---------
21:53
Ən yaxşı prezident nominasiyasında Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqq mükafat alır.
----------
21:47
FİFA prezidenti Zepp Blatter çıxış edir.
-----------
21:45
Rəmzi 11-lik: Manuel Noyer, Filip Lam, Serxio Ramos, Dani Alveş, Tyaqo Silva, Andres İnyesta, Xavi Ernandes, Frənk Riberi, Kriştianu Ronaldu, Zlatan İbrahimoviç, Lionel Messi.
Andres İnyesta tədbirə qatıla bilməyib, onun mükafatı Xavi Ernandesə verilir. Lionel Messi qırmızı pencəkdə hamıdan fərqli görünür. Mükafatları Zinəddin Zidanla Mixael Ballak təqdim etdilər.
---------
21:35
Səhnəyə bir-birinin ardınca Marta, Lionel Messi, Kriştianu Ronaldu, Frənk Riberi
dəvət olundular.
---------
21:32
Fernanda Lima və Rud Qullit səhnədədirlər.
---------
21:41
Milli.Az bildirir ki, "İlin komandası" seçilir.
--------
21:30
Milli.Az bildirir ki, Sürixdə "Qızıl top" mükafatının təqdimolunma mərasimi başladı.
---------
21:16
Milli.Az bildirir ki, İsveçrənin Sürix şəhərində keçirilən "Qızıl top"un təqdim olunma mərasiminin başlanmasına dəqiqələr qalıb. Artıq futbol ulduzları "qırmızı xalıdan" keçiblər.
---------
08:53
Bu gün 2013-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlanacaq.
Trend-in məlumatına görə, İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə səsvermənin yekunları üzrə dünyanın ən yaxşı oyunçusu məlum olacaq.
"Qızıl top" uğrunda Lionel Messi ("Barselona"), Kriştianu Ronaldu ("Real") və Frank Riberi ("Bavariya") mübarizə aparırlar.
Mərasimdə, həmçinin ilin ən yaxşı məşqçisi və ən yaxşı qolu bəlli olacaq.
Milli.Az
-----------------
14.01.2014
00:07
Böyütmək üçün şəkillərə klikləyin.






















































---------
23:36
Videoları izləmək üçün şəkillərə klikləyin.


Böyütmək üçün şəkillərə klikləyin.
---------
22:20

---------
21:36

-------------
21:16





Fotolar: FİFA, Sports, Mundo Deportivo, Realmadrid
-----------
21:37