Mərhum xalq şairi Məmməd Arazı həyatının son illərində ən çox narahat edən məsələ Abşeronda əkin sahələrinin ləğv edilərək yerində yaşayış evlərinin tikilməsi olub. "Sovet illərində biz həmişə yayda Bakıdan Qubaya gedəndə Biləcərini çıxan kimi yaşıl tarlalar başlayırdı. Amma sonradan o tarlalar hamısı yoxa çıxdı, yerində evlər tikildi. Bu da şairi çox narahat edirdi. Gileylənirdi ki, bu qədər boş yer ola-ola niyə əkin tarlalarını məhv edirlər", - deyə mərhum şairin həyat yoldaşı Gülxanım Fətəli qızı anspress-in əməkdaşı ilə söhbətində bildirib.Mərhum xalq şairi Məmməd Arazın "Torpağa kül tökməsən, külə dönəcək" misralarındakı əndişəsi nahaqdan deyilmiş