Paytaxta qədimlik verən Qız qalası restavrasiyadan sonra zəngin tarixi muzeyi xatırladır. Ötən ilin dekabrında uzunmüddətli təmir və bərpa işlərindən sonra açılışı olan qala bu il yanvarın 2-dən paytaxt sakinlərinin və turistlərin üzünə açıqdır. Təmirdən sonra Qız qalasının daha da möhtəşəm olduğu bildirilir. Dünən Qız qalasına baş çəkib təmirdən sonra olan yeniliklərlə maraqlandıq.Qalanın mərtəbələrində elektron kitab, xəritə, məlumat lövhələri zəngin təəssürat yaradır




