Mətbəx sirləri: Bədəvi şorbası - FOTO

14 Yanvar 2014 07:00

Milli.Az vpuzo.ru-ya istinadən "bədəvi şorbası"nın hazırlanma qaydasını təqdim edir

Tərkibi:

0,5 st. mərcimək
0,5 st. perlova
2-3 baş soğan
300 ml qatıq
150 ml xama
3 x.q. kərə yağı
2,5 st. un
1 x.q. qarğıdalı nişastası
duz
istiot

Ayrı-ayrılıqda perlovanı, mərciməyi qaynadın. Əgər çox bişərlərsə, qorxulu deyil.



Bitki yağında xırda doğranmış soğanı qızardın.



Nişastanı 0,5 st. soyuq suda əridin.

Qazana qatıq tökün, xama, suda əridilmiş nişasta, 2 st. su əlavə edib yaxşıca qarışdırın.
 
Perlova, mərcimək, qovrulmuş soğanı əlavə edin. Qaynayanda ocağı azaldıb qarışdıraraq daha 15 dəqiqə bişirin.



Duz və istiot əlavə edin.

Süfrəyə tərəvəzlərlə verə bilərsiniz.



Nuş olsun!

Milli.Az