Çinin məişət texnikası istehsalçısı Haier şirkəti CES 2014 sərgisində məişət smart-həlləri sinfinə aid olan məişət kondisionerinin yeni modelinin təqdimatını keçirib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni Haier Tianzun kondisioneri Apple Mfi standartlarına cavab verir, iOS əməliyyat sisteminə uyğun gəlir və iPhone və ya iPad vasitəsi ilə məsafədən konfiqurasiyasını dəyişdirə bilər, idarə edilə bilər və diaqnozu qoyula bilər.
Qurğu avtomatik Apple deavyuslarına parol və qeydiyyat tələb etmədən WiFi vasitəsi ilə qoşulur, istifadə sahəsində Apple standartlarına cavab verdiyinə görə, sürətli ilkin sazlanma və qoşulma prosesini dəstəkləyir.
Kondisionerin korpusunda Made for iPhone/iPad/iPod loqotipi var. Haier-də bildiriblər ki, qurğunun işinə bu cür yanaşma, qeyri-adi idarəetmə və rəqəmli simsiz texnologiyaları dəstəkləyən qurğular axtaran müəyyən auditoriyanı cəlb edə bilər. Şirkət 2014-cü ildə bu texnologiyanın digər məişət texnikasında tətbiqini genişləndirəcək, o cümlədən suqızdırıcıları və mikrodalğalı sobalarda.
Hazırda Çin şirkəti mobil qurğulardan sürətlə və sadə idarəetməni dəstəkləyən ağıllı evin layihəsi üzərində işləyir, burada ev elektron qurğuları müxtəlif məlumatlar almaq üçün internetə qoşula bilərdi.
Milli.Az