Gmail-də yenilik var

11 Yanvar 2014 23:00
Google-un bloquna əsasən, Gmail poçt xidmətinin istifadəçilərinə elektron ünvanları naməlum insanlara məktub göndərməyə icazə verilib.

Poçt ünvanı haqqında informasiya Google+ sosial şəbəkəsindən götürülür. Məktubu göndərmək üçün Qəbul edən sahəsinə insanın adını daxil etmək lazımdır. Əgər həmin insan Google+ sosial şəbəkəsində qeydiyyatdan keçibsə, o zaman məktubu alacaq.

Milli.Az ICTnews-a istinadən bildirir ki, məktubun ünvana getməsinə baxmayaraq, qəbul edən şəxsin e-mail-i göndərən şəxsə məlum olmayacaq. Məktuba cavab verdiyi halda onun kimliyi məlum olacaq.

Əgər Google+ sosial şəbəkəsinin istifadəçisi onun ünvanını bilməyən şəxslərin ona məktub göndərməsini istəməsə, Gmail poçt sisteminin Sazlamalar bölməsində Google+ vasitəsilə məktub göndərmək bölməsində müvafiq punktu seçə bilər.

Gmail dörd məxfilik səviyyəsini nəzərdə tutur.

Milli.Az