Bu fırça smartfona qoşulur

11 Yanvar 2014 20:12
Fransanın Kolibree şirkətinin ABŞ-ın Las-Veqas ştatında keçirilən CES sərgisində nümayiş etdirdiyi diş fırçasını smartfona qoşmaq olar. Fırça Bluetooth texnologiyasını dəstəkləyir və bu da qurğu tərəfindən toplanılmış məlumatları Android platforması ilə işləyən smartfona və ya iPhone-a ötürməyə icazə verir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkət nümayəndələrinin sözlərinə görə, fırça dişi diqqətlə və müntəzəm təmizləməyə kömək edəcək: smartfona quraşdırılmış tətbiq toplanılmış informasiyanı qrafik şəklində təqdim edir. Yeni diş fırçasının qiyməti 100-200 dollar təşkil edəcək.

Milli.Az