iPhone üçün yeni çexol

11 Yanvar 2014 23:42

Uzun müddətdir iPhone üçün daxili akkumulyatorla təchiz edilmiş çexollar istehsal edən Mophie şirkəti CES 2014 sərgisində Space Pack qurğusunu nümayiş etdirib. Bu çexol iPhone 5 və 5s smartfonları ilə işləyir və 1700 milliamper/saat tutumlu daxili batareyadan başqa, həmçinin 16 və ya 32 QB yaddaşla təchiz edilib. Beləliklə, çexolun köməyi ilə istifadəçi yalnız smartfonun avtonom iş vaxtını deyil, həm də onun yaddaşını artıra bilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, Space Pack qurğusu iPhone smartfonuna Lightning konnektoru vasitəsilə qoşulur.

Milli.Az