Milli.Az DHA-ya istinadən bildirir ki, Tuncay Kurtiz vəfat edəndən sonra teleserialdakı Mövlana roluna kastinq dayandırılmışdı. İndi isə həmin rola məşhur amerikalı aktyor, Hollivud ulduzu Robert De Niro çəkilə bilər.
Özkan İpek dünyaca məşhur aktyorla danışıqlar aparmaq üçün gələn həftə ABŞ-a yollanacaq.
"Bu rolda Kurtizi görmək istəyirdim. Onunla danışıqlar da aparmışdım. Mənə demişdi: "Tələsməyək, "Muhteşem yüzyıl" başa çatandan sonra ssenarini oxuyaram. Uyğun bilsəm, təbii ki, çəkilərəm". Kurtiz vəfat edəndən sonra Robert De Niro ilə danışdım. O, ilkin razılığını verib", - Ö.İpek deyib.
"Ertuğrul Qazi" teleserialı dekorasiya və çəkilişlərin miqyası baxımından "Muhteşem yüzyıl"ı da geridə qoyacaq. Belə ki, teleserialın ilk seriyasının çəkilişinə minimum 1,5 milyon dollar xərclənəcək.
Çəkilişlər may ayının son həftəsində başlanacaq.
Milli.Az