İranda "Azadlıq" radiosunun müxbiri həbs olunub

10 Fevral 2010 16:31
İLNA xəbər agentliyinin verdiyi məlumata görə, İranın təhlükəsizlik naziri Heydər Müslehi bu gün İranın Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərin "Azadlıq" radiosu ilə əməkdaşlıq etmək ittihamı ilə həbs olunmuş şəxslər haqqında sualına cavab verib.

O deyib ki, həbs olunmuş şəxslərdən yalnız biri jurnalistdir, o, "Azadlıq" radiosuna çalışdığını və o da əcnəbilərin ona yardım etdiyini etiraf edib.

Müslehi əlavə edib ki, həbs olunmuş digər 7 nəfərin işi hazırda araşdırılır.

/Trend News/