Türkiyə telekanallarında nümayiş etdirilən teleseriallar arasında 3-nün sonu çatır. Bu qərar həmin seriallarda çəkilən aktyorlarla yanaşı, tamaşaçılar üçün də gözlənilməz olub.
Milli.Az AHT-yə istinadən bildirir ki, Kanal D telekanalında göstərilən "Kayıp" serialı yanvarın 27-də dayandırılır.
Baş rollarda Mete Horozoglu, Aslı Enver, Dolunay Soysert və Kaan Taşanerin oynadıqları teleserialın 3 seriya sonra başa çatacağı "sürpriz" olub.
TRT1 telekanalında göstərilən "Eski hikayə" serialı 3 həftə sonra 17-ci seriyası ilə tamaşaçılarla vidalaşacaq.
Reytinq mübarizəsinin daha bir qurbanı Kanal D telekanalındakı "İnadına yaşamak"dır. Baş rollarda Sanem Çelik, Oktay Kaynarca və Murat Ünalmışın oynadıqları teleserial Kanal D rəhbərliyinin reytinqlə bağlı ümidlərini doğrultmayıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.













